12 Yanvar 2017 18:04
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan prezidenti Emomali Rəhmanın böyük oğlu Rüstəm Emoməli paytaxt Düşənbənin meri təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistanın Teleqraf Agentliyi (TacikTA) məlumat yayıb.

“Tacikistan prezidenti Emomali Rəhman özünün böyük oğlu Rüstəm Emoməlini paytaxtın meri təyin edib. Müvafiq qərarı prezident bu gün imzalayıb”, deyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

19 il ərzində fasiləsiz olaraq şəhərə rəhbərlik edən 64 yaşlı Məhmədsəid Ubaydulloyev istefaya göndərilib.

28 yaşlı R.Emoməli indiyədək Dövlət Maliyyə Nəzarəti və korrupsiya qarşı mübarizə Agentliyinə rəhbərlik edib və MDB məkanının ən gənc generalı olub. R.Emoməli 19 dekabr 1987-ci ildə doğulub. Tacikistan Milli Universitetini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dinləyicisi olub. Tacikistanın İnvestisiya və dövlət əmlak Komitəsində işləyib, Tacikistan Gənclər İttifaqının sədr müavini olub. “İstiklol” futbol klubunun təşkilatçılarından və şəriklərindən biri olub. Tacikistan Futbol Federasiyasının prezidentidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər