13 Yanvar 2017 23:21
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Kipr və Yunanıstan rəhbərliyinə açıq-aşkar bəyan etdik ki, təminat qarantı olaraq Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar".

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Kiprin birləşdiriliməsiylə bağlı aparılan danışıqlar barədə suala cavab olaraq bildirib.

Ərdoğan qeyd edib ki, ölkə ordusunun bölünmüş Kipr ərazisindən tamamilə çıxarılması barədə məsələ müzakirə olunmur.

Ərdoğanın sözlərinə görə, Kiprin türk icmasının nümayəndələri məsələnin həllində fəal və düzgün işləyirlər: "Lakin Kipr və Yunanıstan rəhbərliyi bu məsələnin həllini başqa cür görürlər".

Bir qədər əvvəl Kipr Respublikasının prezidenti Nikos Anastiasades bəyan etmişdi ki, adanın birləşdirilməsi istiqamətində qəbul edilən istənilən razılaşma 30 minlik türk ordusunun ərazidən çıxarılmasını nəzərdə tutmalıdır.

Kipr 1974-cü ildə iki hissəsə bölünüb.

Kiprin birləşdiriliməsiylə bağlı danışıqlar bazar ertəsi Cenevrədə BMT-nin başçılığı ilə başlanıb.


Müəllif:

Oxşar xəbərlər