14 Yanvar 2017 18:38
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ şəbəkəsi Türkiyədə vətəndaşlara hücum etmək bahasına da olsa hakimiyyəti ələ almaq üçün hər yola baş vurur. Ən böyük öhdəliklərimizdən biri də terrorçubaşının Türkiyəyə təhvil verilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı politoloq Denni Rehberq deyib.

Politoloq qeyd edib ki, Donald Trampın komandası Türkiyədə sabitliyin qorunması üçün Rəcəb Tayyib Ərdoğanla birgə çalışmalıdır:

“15 iyul qiyamından bəri ABŞ Fətullah Gülənin ekstradisiyası üçün heç bir cəhd etmədi. Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı dəlil və faktlar göndərsə də, terrorçubaşının təhvil verilməsi üçün heç bir addım atılmadı. Hətta Ədliyyə naziri Bəkir Bozdağ ötən ilin oktyabrında Vaşinqtona səfər edərək amerikalı həmkarı Loretta Lunç ilə müzakirələr aparsa da bir faydası olmadı”.


Müəllif:

Oxşar xəbərlər