15 Yanvar 2017 08:17
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın hökumət qüvvələri Mosul şəhərində İŞİD-in nəzarətində olan universitetin ərazisini bütünlüklə ələ keçirib.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda hərbçilər rayonu və qruplaşma tərəfindən qazılan tunelləri yoxlayır.

İki günlük ağır döyüşlərdən sonra yaraqlılardan təmizlənən universitet hökumət qüvvələrinin qərbə doğru hərəkəti üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, Mosulun azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar 2016-cı il oktyabrın 17-də başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, şiələrin “Əl-Həşd əş-Şəəbi” qruplaşması, həmçinin beynəlxalq anti-terror koalisiyası da iştirak edir. İraqın ən böyük ikinci şəhəri olan və 1,3 milyon əhalinin yaşadığı Mosul artıq iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır. Hərbi əməliyyatlar başlayandan indiyədək 130 mindən çox yerli sakin şəhəri tərk edib.


Müəllif:

Oxşar xəbərlər