16 Yanvar 2017 15:23
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 19-da Malayziyaya səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O bildirib ki, E.Məmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçiriləcək fövqəladə iclasına qatılacaq. İclas Myanmarda Royhnqiya müsəlmanlarının vəziyyətinə həsr olunacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər