17 Yanvar 2017 08:35
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda naməlum şəxslər biznesmen Quram Qoqiçaişvilini qətlə yetirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Tiflisdə "Demokratik hərəkat" partiyasının binası qarşısında baş verib.

Qoqiçaişvili başından aldığı güllə nəticəsində həyatını itirib. Hücumun hansı məqsədlə və kimlər tərəfindən törədildiyi məlum deyil.

"Demokratik hərəkat" partiyasının sədri, sabiq baş nazir Nino Burcanadze olayın onlarla əlaqəli olmadığını bildirib. Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstan prezidenti Qeorqiya Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuriyə qarşı da silahlı hücum olub. Olay zamanı Qoqoqçuri ağır xəsarət alıb.

Elvin


Müəllif:

Oxşar xəbərlər