22 Yanvar 2017 18:39
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İslam Dövləti" qruplaşması (İŞİD) İraqın Telafer şəhərindən 150-yə yaxın uşağı qaçırdıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, uşaqların terrorçu kimi yetişdirilmək üçün qaçırıldığı bildirilir.

İraqın Ninova millət vəkili Nahla al Hababi bildirib ki, qaçırılan uşaqlar partlayıcı kəmər və bombalı maşınların partladılmasında istifadə edilir.

"İslam Dövləti" qruplaşmasının oğurladığı, ancaq terrorçulardan qaçmağı bacarmış uşaqlardan biri "Daily Star" qəzetinə müsahibəsində deyib ki, İŞİD uşaqlarını verməyən ailələri öldürür, qaçırılan uşaqlara isə hərbi təlimlər keçir.


Müəllif:

Oxşar xəbərlər