Ukraynanın "Femen" hərəkatının fəallarından olan Yana Jdanova hərəkatın daha mövcud olmadığını bildirib. Teleqraf.com xəbər verir ki, o, bu barədə "Apostrof" nəşrinə müsahibəsində bildirib.
"Hər şey dənizdəki gəmi kimi oldu. Komanda, hansı ki, əvvəllər mövcud idi, artıq yoxdur", deyə Jdanova bildirib".
O qeyd edib ki, müxtəlif ölkələrdə ayrı-ayrı aksiyalar keçiriləcək, ancaq bu aksiyalarda "Femen"in iştirakı az olacaq.
Fəal, həmçinin bildirib ki, hərəkatın dağılması 2015-ci ildə, hərəkatdakı bəzi şəxslərin özünü "lider" elan etməsi ilə başlayıb.
"Biz də digər klassik feminist təşkilatları kimi qurtardıq, hamı bir-biri ilı vuruşurudu", deyə Y.Jdanova bildirib.
Səxavət