Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovu rəsmən müflis elan edib. Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə iş adamının müraciətinə baxmaqdan imtina edib. Səbəb kimi, iddia müddətinin bitməsi göstərilib.
Qeyd edək ki, Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.
2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.
2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər olub. Amma məhkəmə iddiaları təmin etməyib.