Somalinin paytaxtı Moqadişuda hökumət nümayəndələrinin qaldığı otelin qarşısında partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 12 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Partlayışın iki bomba yüklü avtomobillə törədildiyi bildirilib. Olay zamanı otelin şüşələri qırılıb. Hadisə baş verən an ölkənin baş naziri də oteldə olub. O, partlayışdan xəsarətsiz xilas olub. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Samir