26 Yanvar 2017 15:06
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland öz postunu tərk edir və Dövlət Departamenti ilə vidalaşır. Teleqraf.com-un məlumatına görə, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Viktoriya Nuland yüksək diplomatik postda çalışdığı müddətdə Ukraynada Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən siyasi böhranda böyük aktivlik nümayiş etdirib. O, kütləvi etiraz aksiyalarının baş verdiyi 2013-cü ilin noyabrından 2014-cü ilin fevralınadək müntəzəm olaraq Kiyevə səfərlər edib. 11 dekabr 2013-cü ildə isə şəxsən “Maydan”a gələrək aksiyaçılarla görüşüb, onlarla söhbət edib. Diplomat etirazçıları peçenye, bulka və çörəyə qonaq edib.

Az sonra Nuland amerikan telekompaniyası CNN-ə müsahibəsində Vaşinqtonun “güclü, demokratik hakimiyyət” qurulması üçün Ukraynaya 1991-ci ildən 5 milyard dollar yönəltdiklərini açıqladı. Bununla yanaşı diplomat ABŞ-ın “Maydan hərəkatını dəstəkləmək üçün pul xərcləmədiyini” bildirdi.

2014-cü ilin fevralın 7-də V.Nuland diplomatik qalmaqalın mərkəz fiquru olur. Həmin gün internetdə Nulandın ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payettlə telefon danışığının səsyazısı yayıldı. Telefon danışığı zamanı V.Nuland Avropa İttifaqının Ukraynadakı siyasi böhranın həllində oynadığı rolla bağlı söyüş söyür: “Əgər BMT hər şeyi bərpa etməyə kömək etsə, bu çox gözəl olar. Avropa İttifaqı isə getsin....”

Bu sözlər Avropa İttifaqının siyasi liderləri tərəfindən kəskin tənqid olundu. Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki son nəticədə belə bir danışığın olduğunu təsdiqlədi. Bununla yanaşı o qeyd etdi ki, Nuland artıq “ona aid edilən sözlərə” görə üzr istəyib. Danışıq özü isə çoxdan baş tutub.

“Assoşeyted Press”in məlumatına görə, ABŞ xarici siyasət idarəsini dərhal daha bir neçə peşəkar diplomat tərk edəcək. Nulandla yanaşı Dövlət Departamentinin mətbuat xidmətinin sabiq rəhbəri, dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Qreqori Starr da öz vəzifələri ilə vidalaşıblar. Sonuncu hələ yanvarın 20-də – Donald Trampın inauqurasiyası günü istefa verib.

Öz kabinetini boşaldanlar arasında dövlət katibinin müavini Patrik Kennedi də var. O, Dövlət Departamentində administrativ-təsərrüfat məsələlərinə cavabdeh olub. Trampın komandasında onu guya çox böyük nüfuza malik şəxs sayırlar və yeni administrasiyanın maraqlarını bölüşmədiyini bildirirlər. Çərşənbə günü Dövlət Departamentini dövlət katibinin daha iki köməkçisi – Coys Barr və Mişel Bond da tərk edib.

Hal-hazırda dövlət katibinin vəzifələrini amerikan diplomatiyasının keçmiş şefi Con Kerrinin müavini Tomas Şennon icra edir. Tramp Dövlət Departamentinin rəhbəri vəzifəsinə Reks Tillersonun namizədliyini irəli sürüb. Ancaq hələlik ABŞ Konqresinin Senatı onun namizədliyini təsdiqləməyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər