Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını əhatə edən “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib. Ali Məhkəmə hesab edib ki, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılması lazımsızdır.
Qeyd edək ki, qanunun Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olmuşdu. Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun yekun qərarın qəbul olunması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.
Bir çox mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə fransız siyasətçilər bu məqamdan yenidən daxili siyasətdə alət kimi istifadə edə, erməni diasporunu özünə tərək çəkmək məqsədilə müəyyən addımlar ata, saxta erməni soyqrım məsələsini yenidən gündəmə daşıya bilərlər.
Politoloq Rasim Musabəyov hesab edir ki, erməni soyqrımı ilə bağlı qanun var idi, sadəcə Konstitusiya Məhkəməsi bu qanunu yasaqlamışdı.
Onun sözlərinə görə, Ali Məhkəmənin qərarı hüquqi və peşəkarlıq baxımından qüsursuzdur: “Həm də deyim ki, bu qərar çoxdan var. İsveçrədə belə qanun qəbul edilmişdi. Ancaq Doğu Perinçek bu qanunun əleyhinə çıxış etdi. Bundan sonar onu cərimələdilər. Sonra Avropa Məhkəməsi Doğu Perinçəyin lehinə qərar çıxardı. Yəni doğurdan da erməni soyqrımı fakt deyil, mövqedir. Mövqeyə görə isə heç kəsi cəzalandırmaq olmaz. Başqa sözlə, söz azadlığını məhdudlaşdırmaq olmaz”.
Musabəyov qeyd edib ki, yəhudi soyqrımı Nurunberq Məhkəməsi tərəfindən təsdiqlənib: “Erməni soyqrımı isə sadəcə mövqedir, fakt deyil”.
Saxta erməni soyqrımının yenidən Fransa siyasətçiləri tərəfindən gündəmə gətirilməsi, bu amildən daxili siyasətdə istifadə edilməsi ehtimallarına gəldikdə Rasim Musabəyov bunun mümkün olduğunu düşünür: “Artıq Sarkozi oyundankənar vəziyyətdədir. Onun hakimiyyətə gəlmək şansı yoxxdur. Çünki o praymerzi Fransua Fiona uduzdu. Ancaq yenə də bu məsələdən istifadə cəhdləri ola bilər. Amma hesab edirəm ki, məlum hüquqi qərarın olması bir çox siyasətçiləri bu məsələyə dəstək verməkdən çəkindirəcək. Oyunların olacağı mümkündür, amma bunun heç bir faydası yoxdur”.
Cavad