ABŞ-ın Texas ştatında Viktoriya İslam Mərkəzində yanğın olub.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, səhər saatlarında baş verən və hələ səbəbi məlum olmayan yanğın nəticəsində Mərkəzə böyük ziyan dəyib və istifadəyə yararsız vəziyyətə düşüb.
Viktoriya İslam Mərkəzi Texas ştatında müsəlmanların önəmli ibadət mərkəzlərindən biridir. Yanğının söndürülməsindən sonra yanğınsöndürmə dəstəsinin rəisi Jeff Covan yanğınla bağlı şübhəli detala rast gəlmədiklərini söyləyib. Viktoriya İslam Mərkəzinin rəhbəri Şahid Haşimi isə çox üzgün olduqlarını bildirib.
Hadisə ilə bağlı araşdırma başlayıb.