31 Yanvar 2017 01:12
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in baş cəlladı İraqda naməlum şəxslər tərəfindən öldürülüb. Teleqraf.com "Report"a istinadən xəbər verir ki, naməlum silahlı dəstə yanvarın 29-da İŞİD-in məşhur cəlladı Əbu Səyyafı məhv edib.

Onu Mosulun qərbindəki əl-Davas ərazisində pusquya salaraq məhv ediblər. İŞİD üzvü bir neçə bıçaq zərbəsi alaraq həmin yerdəcə ölüb.
Başqa bir məlumata görə isə, Əbu Sayyaf pusquya düşərək güllələnib.

Qeyd edək ki, Əbu Sayyaf terrorçu fəaliyyəti dövründə 100-dən çox insanın başını kəsib. O, həmçinin İŞİD-in Neynava vilayətindəki bölməsinin başçısı idi.


Müəllif:

Oxşar xəbərlər