Bu həftənin əvvəli Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Axal vilayətinə səfər edərək qaz və benzin istehsalı komlpeksinin tikintisi ilə tanış olub.
Teleqraf.com türkmən mediasına istinadla xəbər verir ki, prezident inşaatçılarla görüş zamanı seçkiqabağı proqramından danışıb.
Bu vaxt qəflətən bir nəfər əlində gitara prezident üçün mahnı oxumağa başlayıb. Prezident gitaranı ondan alaraq özünün yazdığı və ilk dəfə bir ay qabaq yeni il şənliyində ifa etdiyi "Bagt nury" mahnısını çalıb-oxyub.
Rəsmi informasiya agentliyinin xəbərinə görə, ən gözlənilməzi o olub ki, Qurbanqulu Berdımuhəmmədov 8 mart qadınlar günündə xanımlara yeni mahnılarını hədiyyə edəcəyini bildirib.
Xatırladaq ki, bu il fevralın 12-də Türkmənistanda prezident seçkiləridir. Hazırkı dövlət başısından başqa 10-a yaxın prezidentliyə namizəd qeydə alınıb. Qalib namizədin kim olduğu isə heç kəsə sirr deyil.
MAHİR