3 Fevral 2017 14:09
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidenti Donald Tramp təcrübəsizdir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Onun sözlərinə görə, göstərilən bütün təzyiqlərə baxmayaraq, İran özünün raket proqramını genişləndirəcək:

“Biz raket proqramımızı bütün gücümüzlə davam etdirəcəyik. Bu, ilk dəfə deyil ki, təcrübəsiz bir şəxs İranı təhdid edir. Amerikanın yeni hökuməti başa düməlidir ki, İranı təhdid etmək nəticə verməyəcək. Hesab edirəm ki, Amerika hökuməti əsassız boşboğazlıqlara son qoymalıdır. Bilməlidir ki, İran özünü müdafiə etmək üçün heç bir ölkədən icazə almayacaq”.

Qeyd edək ki, İranın yanvarın 29-da 500 kiloqramlıq nüvə başlığı daşımağa və 300 kilometrlik məsafəni qətt etməyə qadir olan ortamənzilli ballistik raketi sınaqdan keçirməsi Qərbin, o cümlədən Amerikanın yeni hökumət rəsmilərinin ciddi etirazına səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər