6 Fevral 2017 13:21
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Suriyaya səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində onlar Suriya partlamentinin nümayəndələri və prezident Bəşər Əsədlə görüşəcək.

Nümayəndə heyətinin tərkibinə Rusiya-Suriya parlamentlərarası dostluq qrupunun koordinatoru Dmitri Sablin, Dumanın vətəndaş cəmiyyəti, ictimai və dini birliklərin inkişafı məsələləri üzrə komitəsinin sədri Sergey Qavrilov və iki rusiyalı həkim daxildir.

Qeyd edək ki, ötən həftə Bəşər Əsədin iflis olması və ya infarkt keçirməsi ilə bağlı məlumatlar yayılmışdı. Dəməşq hökuməti məlumatı təsdiq etməsələr də, Əsədin son iki həftədə heç bir rəsmi görüş keçirmədiyini bildirmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər