6 Fevral 2017 22:52
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib, lakin rəsmi Tehranın Yaxın Şərq siyasətinə sayıq yanaşmağın vacibliyini vurğulayıb.


Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat katibi bildirib.

“Baş nazir qətiyyətlə bəyan edib ki, Böyük Britaniya İranın nüvə proqramına dair sazişi dəstəkləyir”, deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, bu gün Tereza Mey İranla bağlı sazişin ən böyük əleyhdarı olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.


Müəllif:

Oxşar xəbərlər