Saxarov Mərkəzi və Yeqor Qaydar Fondu Moskvada Mərkəzi Asiya dövlətlərinin gələcəyi mövzusunda "25 il SSRİ-siz Mərkəzi Asiya" adlı silsilə müzakirələrə start verir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 3 müzakirədən birincisi "Mərkəzi Asiya hara gedir?" adlanır və fevarlın 21-də təşkil olunacaq.
Diskussiyalarda MDB-nin Mərkəzi Asiya İnstitutunun şöbə müdiri Andrey Qrozin, Karnegi Mərkəzinin Moskva üzrə elmi şurasının üzvü Aleskey Malaşenko, Rusiya EA-nın Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin əməkdaşı Stanislav Pritçin iştirak edəcək.
Aparıcı MDB üzrə ekspert, jurnalist Arkadi Dubnovdur.
MAHİR