Belçikanın Vavr şəhərində kartinq mərkəzində azı 67 nəfər dəm qazından zəhərlənib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, insanların zəhərlənməsinə səbəb havalandırma sisteminin xarab olması olub.
Xəbərdə deyilir ki, zəhərlənənlərin 5-də ağır, 12-də orta ağır, 50-də isə yüngül zəhərlənmə qeydə alınıb.