14 Fevral 2017 15:29
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya hökuməti 15 iyul hərbi çevrilişə cəhddən sonra Türkiyədən qaçan və bu ölkədən sığınacaq istəyən bir qrup türk zabitilə bağlı qərarını verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Hollandiyanın Təhlükəsizlik və Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sığınacaqla bağlı müraciətin araşdırılması üçün hərbçilər 18 ay müddətində Hollandiyada qalmaq hüquqi əldə ediblər. Bununla da, Hollandiya Türkiyənin ekstradisiya tələbini rədd etmiş olub.

Qeyd edək ki, Hollandiyanın NOS telekanalı 100-dən çox türkiyəli zabitin Qərbi Avropa ölkələrinə qaçdığını və bu ölkələrdən sığınacaq istədiyini açıqlamışdı. Türkiyə zabitlərin 3 ay müddətində geri qayıdacağı təqdirdə vətəndaşlıqdan çıxarılmayacağını bildirmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər