16 Fevral 2017 10:32
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Naziri Cim Mattis NATO-ya üzv ölkələrə müraciət edərək, onları müdafiə xərclərini artırmağa çağırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Mattis bununla bağlı NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən yığıncağında bildirib.

Onun sözlərinə görə, əks təqdirdə Vaşinqtonun alyansın öhdəliklərinə münasibəti dəyişə bilər:

“Mən sizin qarşınızda ABŞ-ın ədalətli tələbini səsləndirməyi özümə borc bilirəm. Amerika öz məsuliyyətini anlayır, ancaq siz Amerikanın alyansa qarşı öz öhdəliklərini dəyişməsini istəmirsinizsə, ümumi müdafiəmizə sədaqətinizi nümayiş etdirməlisiz”.

Bağlı qapılar arxasında keçirilən toplantıda səsləndirilən fikirlər Vaşinqtonun NATO ölkələrinin əksər qisminin sazişin şərtlərinə uyğun olaraq ümum daxili məshullarının minimum iki faizini müdafiə ehtiyaclarına xərcləməməsi ilə bağlı artan narazılığını əks etdirir.

Mattis deyib ki, amerikalılar sizin uşaqlarınızın təhlükəsizliyinin qeydinə sizdən çox qala bilməzlər: "Hərbi hazırlığa laqeydlik özümüzə, alyansa və bizə miras qalmış azadlıqlara hörmət bəsləmədiyimizi nümayiş etdirir”.

Qeyd edək ki, hazırda 28 NATO üzvləri arasında yalnız beş ölkə - ABŞ, Böyük Britaniya, Yunanıstan, Polşa və Estoniya ÜDM-lərindən minimum 2 faizi müdafiə xərclərinə sərf edir.

Samir


Müəllif:

Oxşar xəbərlər