ABŞ və İsrail bir çox sahələrdə əməkdaşlıq üzrə işçi qrup yaradacaq.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı "RİA Novosti" agentliyi xəbər verib:
"ABŞ və İsrail liiderləri ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün işçi qrupunun yaradılması ilə bağlı fərman imzalayıb. Bura kibersfera, kəşfiyyat, təhlükəsizlik, ticarət, texnologiya, İran və digər ölkələrdən gələ biləcək təhlükələrə qarşı mübarizə məsələləri daxildir".
Qeyd edək ki, Vaşinqton Ərəb ittifaqı ilə İrana qarşı yönələn hərbi alyansın yaradılmasını müzakirə edir.
Samir