İsrail və ABŞ arasında İordan çayının qərb sahilində salınan yaşayış məskənləri ilə əlaqədar birgə komissiya qurulacaq.
Teleqraf.com xarici mediaya istinadən verir ki, bunu İsrail Nazirlər Kabinətinin yığıncağında çıxış edən baş nazir Binyamin Netanyahu deyib.
Onun sözlərinə görə, komissiya ilə bağlı qərar ABŞ-a səfəri zamanı Donald Trampla keçirdiyi görüşdə verilib.
Netanyahu işğal altındakı Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin salınma işlərinin davam edəcəyini deyib.
Samir