Suriyada intihar hücumu zamanı 4 rusiyalı hərbçi həlak olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda hücumun Hums şəhəri yaxınlığında baş verdiyi bildirilib. Hadisə zamanı daha 2 rus əsgəri xəsarət alıb.
Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Samir