Ukraynalı vəkil Oleq Kurçin Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Saakaşvilini Ukraynanın suverenliyinə zərər verməkdə ittiham edib.
Kurçin bildirib ki, Saakaşvili Ukrayna daxilində milli ədavətin qızışdırılması ilə məşğuldur: "O, Odessa, Kiyev, Donets və Luqanskı bir-birinə qarşı qoyur".
Qeyd edək ki, ittiham sübuta yetirilərsə, Saakaşvilini həbs cəzası gözləyir.
Samir