28 Fevral 2017 13:08
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Bab əməliyyatı tamamlandı, amma bu, prosesin başa çatması anlamına gəlmir”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında Pakistan səfəri öncəsi verdiyi açıqlamada deyib.


Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Cerablus, Dabık, Əl-Babın ardıyca koalsiya gücləri ilə razılaşma əsasında Münbicə və Rakkaya doğru irəliləmək planı var:

"Rusiya ilə görüşlərimiz, ABŞ və kolasiya qüvvələri ilə əlaqələrimiz bu prosesdə önəm daşıyır. Artıq danışıqlar masasında olacağıq. Həm də ərazidə olacağıq demişdik..."

Türkiyə prezidenti bildirib ki, Fərat qalxanı əməliyyatının məqsədi İŞİD-lə mübarizədir: "Müttəfiqlərimizin də məqsədi budursa və səmidirlərsə, deyirik, sizinlə hərəkət edək. Türkiyə olaraq bizim bu ərazilərdə qalmaq fikrimiz yoxdur".

MAHİR


Müəllif:

Oxşar xəbərlər