3 Mart 2017 09:48
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, əslən azərbaycanlı Roman Nəsirov Milli Antikorrupsiya Bürosunun əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı "Ukrainskaya pravda" qəzeti məlumat yayıb:

"Nəsirov Ukrayna Ali radanın deputatı Aleksandır Onişenkonun "qaz işi" ilə əlaqədar aparılan istintaq çərçivəsində həbs olunub. O, "Feofaniya" sağlamlıq mərkəzində saxlanılıb". Bununla yanaşı, ona qarşı ittiham aktının irəli sürülüb-sürülmədiyi ilə bağlı məlumat verilmir.

Saxlanılan zaman Nəsirov huşunu itirib. Onun infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər