3 Mart 2017 13:13
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni daxili işlər naziri Rayan Zinke işə Vaşinqton süvari polisinin müşayiəti ilə at belində gəlib.

Teleqraf.com TASS informasiya agentliyinə istinadən xəbər verir ki, siyasətçi fotosunu özünün tvitter səhifəsində paylaşıb.

“Hill” qəzeti qeyd edir ki, nazir at üstündə “kovboy” papağı, uzunboğaz çəkmə və cins şalvarla görünməsi ilə mühafizəkar mövqeyini nümayiş etdirmək istəyib. ABŞ Hərbi Dəniz Qüvvələrinin “dəniz pişikləri” kimi tanınan xüsusi təyinatlı qüvvələrində xidmət etmiş keçmiş hərbçi Rayan Zinke ova, balıq tutmağa və aktiv istirahətə maraq göstərən insan kimi tanınır.

Qeyd edək ki, ABŞ-ın daxili işlər nazirliyi yalnız güc strukturu deyil və asayişi qorumaqla bərabər, federal torpaqların və təbi sərvətlərin idarə edilməsi kimi məsələlərə məşğul olur.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər