3 Mart 2017 23:12
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla əlaqələri olduğu deyilən baş prokuror Ceffi Seşns ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı Virciniya ştatındakı hərbi bazaya səfəri zamanı danışıb.

Tramp Seşnsə inandığını bildirib. O əlavə edib ki, demokratların və bəzi respublikaçıların onu istefaya səsləməsi yersizdir.

Qeyd edək ki, The Washington Post qəzeti Seşnsin ötən il iki dəfə rus səfiri ilə görüşdüyünü və bu görüşlərlə bağlı ABŞ Konqresini məlumatlandırmadığını yazıb. Baş prokuror isə bu ittihamları əsasız sayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər