11 Mart 2017 23:58
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Dəbilqə” Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdir. Yarış iştirakçıları dünya səviyyəli idmançılardır. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın cüdo yığmasına ilk qızıl medalı qazandıran Rüfət İsmayılov deyib.

81 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçu bildirib ki, qızıl medal qazanması özü üçün gözlənilməz olub. O, qarşıdakı yarışlara daha ciddi hazırlaşacağını söyləyib:

“Ən çətini 3-cü görüşüm oldu, bolqar cüdoçuya qarşı oyunu qeyd edərdim. Təbii ki, finaldakı rəqibim də çox güclü idi. Böyüklər arasında keçirilən yarışlarda yeniyəm. Ona görə də çempionluq gözləmirdim. Bundan sonra da var gücümüzlə məşq edəcəyik. Bundan sonra da ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Finaldakı rəqibim İran azərbaycanlısı idi, dilimizi bilirdi. Görüşdən sonra iki qardaş kimi söhbət etdik”.

Ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yapoiya) qalib gələrək, finala vəsiqə qazanan R.İsmayılov, həlledici görüşdə İran idmançısı Afiq Səfərli Səid Mollayini məğlub edib.


Müəllif:

Oxşar xəbərlər