12 Mart 2017 15:49
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 12-də səhər saatlarında Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima prefekturası yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Yaponiya Milli Meteorologiya Agentliyinin yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:57 radələrində baş verib. Zəlzələnin ocağı dənizdə, 50 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb.

Dörd bal gücündə yeraltı təkanlar 17 prefekturada, o cümlədən Miyaqi, İbaraki, Saytama, Çiba və Tokioda hiss olunub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.


Müəllif:

Oxşar xəbərlər