Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Niderlanddakı diplomatik qalmaqala görə iqtisadi sanksiya tətbiq edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.
Publika.az-ın məlumatına görə, nazir bildirib ki, bir neçə gündür qarşı tərəfə yaranacaq iqtisadi problemləri izah etməyə çalışır: "Bu addımları atdığınız zaman hər iki tərəf zərər görəcək. Sevinən və qazanan tərəf kim olacaq? Baş verənlərə baxanda sevinən, qazanan tərəfi əli qanlı bir vampir kimi görürəm. Kimliklərini hamımız bilirik. Onları sevindirmək niyyətində deyiləm, sevindirməyəcəyik. Hər şeyi bir anda yandırıb-yıxmaq, yerlə bir etmək çox asandır".