13 Mart 2017 00:11
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haitidə avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, avtobus insanlar sıx olduğu yerə sürüb və nitəcədə azı 34 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə ölkənin şimalında Qonaiv şəhərində baş verib. 33 nəfər yerində ölüb.

Haiti mülki müdafiə rəhbəri Jan Baptist Mari-Alt bildirib: "Əvvəlcə avtobusu iki piyadanı vurub, nəticədə bir nəfər həlak olub, bir nəfər xəsarət alıb". Onun sözlərinə görə, bundan sonra avtobus hadisə yerindən qaçmağa cəhd göstərib və bir qrup musiqiçilərin üzərinə çıxıb.


Müəllif:

Oxşar xəbərlər