13 Mart 2017 14:02
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Türkiyə və İran nümayəndə heyəti Suriya sülh danışıqlarının növbəti mərhələsi üçün Qazaxıstanın paytaxtı Astanaya gəliblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tərəflər suriyalı müxaliflərin danışıqları təxirə salma tələbinə rədd cavabı veriblər.

Bununla bağlı Qazaxıstan xarici işlər naziri Kayrat Əbdülrəhmanov məlumat verib. O bildirib ki, görüş martın 14-də başlayacaq: "İlk gündə müzakirələr gedəcək. Martın 15-də isə plenar iclas baş tutacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər