Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çun Yung Pekində keçirdiyi mətbuat konfransında Türkiyənin Şengen Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin gücləndirilməsi məsələsinə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sözçü Türkiyənin önəmini vurğulayıb: "Türkiyə Avrasiyanının önəmli ölkəsi və ŞƏT-in diqqətdə saxladığı dialoq tərəfdaşıdır".
Hua Çun Yung deyib ki, təşkilata üzv olan digər ölkələr də eyni fikirdə olarsa, Çin tərəfi Türkiyənin ŞƏT-lə əməkdaşlığının genişləndirilməsi arzusunu müsbət dəyərləndirə bilər.
Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın üzv olduğu ŞƏT-in Enerji Klubuna rəhbərlik bu il Türkiyədə olacaq.
Türkiyə ŞƏT-in iclaslarına müşahidəçi statusu ilə qatılır.
MAHİR