Çində 32 saatlıq beyin əməliyyatı uğurla nəticələnib.
Teleqraf.com xəbər verir ki, Çində mürəkkəb bir beyin əməliyyatı 32 saat çəkib və uğurla nəticələnib. Həm anevrizma, həm də beyin şişi olan xəstəni əməliyyat edən cərrahlar əməliyyat sonrası yorğunluqdan yerə yıxılıb. Çin mətbuatı, bunun indiyə qədər Fujian Tibb Fakültəsi Xəstəxanasında həyata keçirilən ən uzun əməliyyat olduğunu bəyan edib.
Əməliyyatda üç cərrah, altı anestezioloq və səkkiz tibb bacısı iştirak edib.
Cavad