Belarusda Ermənistandan Avropaya tranzit marşrutla hərəkət edən təyyarədə radioaktiv maddələr aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Qərb-2017" hərbi təlimin keçirilməsinə həsr olunmuş müşavirədə bildirib. Prezident hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.
Bu fakt Qomel hava limanında martın 19-da qeydə alınıb.