21 Mart 2017 23:08
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60 dollara qaldırılması ilə bağlı qərarını ləğv edib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Misirin Turizm naziri Yəhya Rəşid bəyan edib.

Bununla belə altı aylıq giriş vizasının qiyməti 60 ABŞ dolları təşkil edəcək.

Bundan əvvəl Misir hökuməti iyulun 1-dən birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60, çoxdəfəlik vizasının isə 70 dollaradək qaldırılacağını bəyan etmişdi. Qeyd edək ki, 2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb.


Müəllif:

Oxşar xəbərlər