24 Mart 2017 01:25
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ərzində ABŞ lideri Donald Trampla görüş xüsusi önəm kəsb edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deyib.

“Ədliyyə nazirimizin ABŞ-a səfəri oldu. ABŞ hakimiyyətində belə bir anlayış var. Seçki aparılan ölkənin rəsmiləri ilə görüş keçirilmir. 16 apreldə referendum bitər və bununla bağlı ABŞ rəsmiləri açıqlama verərlər. Bu zaman onların mövqeyi bəlli olacaq. Bütün bunlardan sonra mayda təşkil ediləcək görüşün xüsusi əhəmiyyət kəsb etdiyini söyləmək olar. Yalnız FETÖ deyil, regionun problemləri ilə bağlı mühüm qərarlar qəbul edilməlidir”, - Ərdoğan əlavə edib.


Müəllif:

Oxşar xəbərlər