28 Mart 2017 12:20
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya İran hərbi bazalarından istifadə edəcək".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, Moskva Suriyada İŞİD terror təşkilatı ilə mübarizə üçün İran hərbi bazalarından yararlanacaq. Zərif əlavə edib ki, Putin və Ruhani görüş zamanı regional məsələləri, o cümlədən Suriya böhranını müzakirə edəcəklər.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani dünən geniştərkibli nümayəndə heyəti ilə Rusiyaya səfər edib. Onun bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər