4 Aprel 2017 09:22
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən ard-arda baş verən 2 terror aktından sonra Rusiyanın Sankt-Peterburq metrosu işini bərpa edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Sankt-Peterburq qubernator administrasiyası məlumat verib:

"Sankt-peterburq metropoliteni bütün xətlər və stansiyalar üzrə tam həcmdə səhər tezdən işə başlayıb".

Qeyd edək ki, dünən günorta saatlarında "Sennaya ploşad" və "Texnologiya institutu -1" metro stansiyalarında qatarlara yerləşdirilmiş qurğunun işə düşməsi nəticəsində partlayış baş verib. Hadisə zamanı 11 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər