ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı Putin Sankt-Peterburqda baş verən terror aktına görə, rus xalqına başsağlığı verib, yaralılara isə şəfa diləyib.
Bu arada ABŞ Dövlət Departamenti də Sank-Peterburqdakı terror aktı ilə bağlı bəyanat yayıb: "Amerika Birləşmiş Ştatları Sank-Peterburq metrosunun sərnişinlərinə yönəlmiş iyrənc hücumu pisləyir. Biz həyatını itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".
Samir