Dünən günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin metro stansiyasında baş verən terror aktı zamanı ölənlərin sayı 14-ə çatıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova deyib.
Onun sözlərinə görə, xəstəxanaya çatdırılan 51 nəfərdən 4-nün həyatını xilas etmək mümkün olmayıb.
Bu arada, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi terrorun 1995-ci il təvəllüdlü Əkbərcan Cəlilov tərəfindən törədildiyini təsdiq edib.
Samir