İspaniya Ali Məhkəməsində Suriya prezidenti Bəşər Əsədin əmisi barəsində çirkli pulların yuyulması ittihamı üzrə proses başlayıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, məhkəmə prosesi hakim Xoske de la Maltanın rəhbərliyi ilə keçirilib:
"Hakim araşdırmalar çərçivəsində Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin Malaqi Puerto-Banus və Marable vilayətlərindəki kriminal təşkilatlarla əlaqəsi barədə məhkəmə yoxlamalarına başlamağı tapşırıb. Hakimlər kollegiyasının qərarına əsasən, 15 yerdə axtarış işləri aparılmalı, Əsəd ilə əlaqəsi olan 16 fiziki və 76 hüquqi şəxsin hesablarına həbs qoyulmalıdır".
Məlumatda qeyd edilir ki, qərarda hər hansı şəxsin həbs olunması ilə bağlı bənd yoxdur. İspaniya polisi 691 milyon dəyərində mülkə sahib olan Rıfat Əsədin daşınmaz əmlaklarında axtarışlara başlayıb.
Axtarışlar davam edənə qədər Əsədin bütün əmlaklarına həbs qoyulub.
Samir