İranın Rəzəvi-Xorasan əyalətində bu gün səhər saatlarında baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2-ə çatıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Yeraltı təkanlar zamanı 4 kənd tamamilə dağılıb. Məlumatlara görə, Türbəti-Heydəriyyə, Türbəti-cam, Neyşabur, Xəvaf, Səngan və Fəriman bölgələrində çoxlu yeraltı təkanlar qeydə alınıb.
Saat 12:58
Xəbər verdiyimiz kimi, İranın Məşhəd şəhəridə 6,1 bal gücündə zəlzələ baş verib.
Reuters agentliyinin məlumatına görə, yeraltı təkanlar nəticəsində bir çox yaşayış evləri dağılıb. Feriman şəhəri yaxınlığındakı dağıntı zamanı 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Ümumilikdə 5 şəhərdə məktəblər bağlanıb. Əhali təşviş içində küçələrə axışıb.
Saat 11:00
İranda 6,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeraltı təkanlar Məşhəd şəhəri yaxınlığında qeydə alınıb.
Dağıntı və tələfatla bağlı heç bir məlumat verilmir.
Samir