Türkiyənin "Anadolu" agentliyinin çəkiliş heyəti Suriyanın Han Şeyhun bölgəsinə daxil ola biliblər.
Teleqraf.com agentliyə istinadla xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd rejiminin dinc sakinlərə qarşı yağdırdığı kimyəvi bombalar nəticəsində 200-dən çox insanın ölüb və 500-dən çoxu yaralanıb.
Görüntülərdə bölgənin tamamilə xarabağıla çevrilməsi əks olunub. Yerli sakinlərlə söhbət zamanı bölgənin təhlükəsizlik xidmətinin əməkdaşlarının da hücumlar zamanı zəhərləndiyi aydınlaşıb.
Məlumatlara görə, hücumdan bir neçə gün keçməsinə baxmayaraq, çox sayda insan kimyəvi qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Həmin bölgədən çəkilən son görüntüləri təqdim edirik:
Samir