İtaliya Sahil Mühafizəsi Xidməti sutka ərzində Liviya sahillərində 3 minə yaxın miqrantı xilas edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Liviyadan İtaliyaya keçmək istəyənlərin əksəriyyəti Nigeriya, Eritreya, Qvineya, Fil Dişi Sahili və Qambiya vətəndaşları olub.
İtaliya xarici işlər nazirliyinin məlumatına görə, 2016-cı ildə Aralıq dənizi ilə ölkəyə 180 mindən çox qeyri-qanuni miqrant keçib. Ölən və itkin düşənlərin sayı isə 5 mini ötüb.