18 Aprel 2017 00:20
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampla Türkiyə Prezidenti arasında telefon danışığı olub

ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti arasında telefon danışığı olub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Donald Tramp Rəcəb Tayyip Ərdoğanı Türkiyədə keçirilən referendumla bağlı təbrik edib.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən seçicilərin 51.4 faizi konstitusiya dəyişikliyinin lehinə səs verib. Seçicilərin 48.6 faizi isə konstitusiya dəyişikliyinin əleyhinə olub. Referendumda Türkiyə Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və AŞPA müşahidəçiləri isə referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bildirib.


Müəllif:

Oxşar xəbərlər