Avstraliyanın baş naziri Malkolm Ternbull qısamüddətli işçi vizalarının ləğv olunması və ölkədə çalışmaq hüququ verən vizaların alınması üçün tələblərin sərtləşdirildiyini elan edib.
Teleqraf.com-un məlumatına görə, baş nazir bildirib ki, işə düzəlmə zamanı avstraliyalılar üstünlüyə sahib olmalıdır.
Yeni qaydalara əsasən, Avstraliyaya işçi vizası almaq istəyənlər ingilis dilini yüksək səviyyədə bilməli olacaq. Yeni vizalar iki il müddətinə veriləcək.